Yazını böyüt
Yazını kiçilt
Qazaxıstanın Jalpaktal kəndində məktəb məzunları doğma kəndlərinə qeyri-adi hədiyyə ediblər.
Hafta.az xəbər verir ki, onlar Fransanın məşhur Eyfel qülləsinin 30 metr hündürlüyündə olan surətini inşa etdiriblər. Layihəyə təxminən 100 min dollar xərclənib. Bildirilir ki, bu, hazırda dünyanın ən hündür Eyfel qülləsi replikası hesab olunur.
Məlumata görə, kənddə məzunların bu cür təşəbbüsləri artıq ənənəyə çevrilib. Son on ildə hər il keçmiş şagirdlər bir araya gələrək vəsait toplayır, doğma kəndin abadlaşdırılması üçün müxtəlif layihələr həyata keçirirlər./axsam.az/